(012) 497-19-39ƏLAQƏ
0item(s)

Səbətə məhsul seçilməyib

Product was successfully added to your shopping cart.

Haqqımızda

Haqqımızda

Xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası olan “Baku Corner”ın səhifəsinə xoş gəlmişsiniz.

“Baku Corner” Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada istedadlı insanların dəstəklənməsinə yönəlmiş qlobal səylərə töhfə vermək məqsədi daşıyan qeyri-kommersiya layihəsi kimi təsis edilmişdir.

“Baku Corner” yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış məhsulların geniş kolleksiyasını təklif edir. Bu cür unikal xeyriyyə layihəsinin təsis edilməsi təşəbbüsünü üzərinə götürməsi ilə yanaşı, Leyla Əliyeva insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə öz incəsənət əsərlərini də layihə üçün bəxş etmişdir.

Bütün dünyada qəbul edilmiş ədalətli ticarət prinsiplərini əsas tutaraq, “Baku Corner” Azərbaycan və inkişaf etməkdə olan dövlətlərin sənətkarlarına öz əl işlərinin satışına yardım etməklə onlar üçün iqtisadi imkanlar və birbaşa müştəri bazarına çıxış təklif edir. Biz yerli sənətkarların əməyinin haqlı olaraq dəyərləndirilməsinə töhfə verməyə çalışır və bu səbəbdən onların məhsullarının, xüsusən də incə ipək sapdan toxunmuş dördkünc formalı ənənəvi Azərbaycan baş örtüyü olan kəlağayının satışı üçün davamlı market rolunu oynayırıq. Bizim layihə həmçinin yerli uşaq evlərində sığınacaq tapan uşaqlar tərəfindən hazırlanan sənət əsərlərini təklif edir. Biz yeni tərəfdaşlıq imkanları və təkliflərini nəzərdən keçirməyə hazırıq.


Təsisçinin müraciəti

“Baku Corner” məkanına xoş gəlmişsiniz.

Biz inanırıq ki, insanın istedad və bacarığı coğrafi amillərlə məhdudlaşmamalıdır. Çünki dünyanın ən ucqar yerlərində yaşayan insanlar belə kəşf edilməmiş yüksək potensiala malikdirlər və sözsüz ki, həmin potensialın reallaşdırılması bu insanların rifahının yaxşılaşdırılmasına xidmət edə bilər.

“Baku Corner” insanlara öz yaradıcılığının bəhrəsini görməyə, onların bacarığının həm estetik, həm də maddi baxımdan qiymətləndirilməsinə yardım edəcək bir layihədir. Buna görə, biz, xüsusi ilə əztəminatlı icmalardan olan usta və sənətkarlara müraciət edərək, onların yaratdığı gözəl məhsulların öz tələbatı ilə qovuşmasına çalışırıq.

Bizim qeyri-kommersiya layihəmizin məqsədi dünyanın müxtəlif yerlərindən olan istedadlı insanların kəşf edilməsi və onların sənət əsərlərinin nümayiş etdirilməsi üçün unikal məkanın yaradılmasından ibarətdir. Hesab edirik ki, xalq sənətkarlarının müştəri bazarına birbaşa çıxışla təmin edilməsi və onların məhsullarının geniş ictimaiyyətə təqdim edilməsi həm istehsalçı, həm də istehlakçılar üçün faydalı olacaqdır. Eyni zamanda, insanlara iqtisadi imkanlar təqdim etməklə, biz onları sevimli məşğuliyyətlərinə davam etməyə və möhtəşəm əl işləri yaratmağa həvəsləndiririk.

Alacağınız hər bir məhsul yeni ümidlərə rəvac verəcəkdir.