Details
“Eco friendly” (təbiətə zərərsiz) bambuk qələm.
Bu qələm təbiətə dost, yəni “eco fiendly” hesab edilir. Çünki əsas hissəsi bambuk ağacından hazırlanıb. Bambuk çox tez yetişə bilən və atılarkən sürətlə çürüyüb torpağa qarışa bilən ağac növüdür. Bu səbəbdən bambukdan hazırlanmış məhsullar “təbiətə dost” hesab edilir.
Qələmin digər hissələri isə qarğıdalı nişastası tərkibli polimer material və ətraf mühit üçün əlverişli olan PLA plastikindən hazırlanmışdır. Bu plastik növü 100% bitkilərdən əldə edilir, uyğun şəraitdə 1-3 il içərisində torpağa qarışa bilir. Buna görə də "təbiətə dost" material olaraq qiymətləndirilir.