Details
Rəngli fiqurlar çıxarılır və daha sonra kənarda qoyulan rəsmlərdən biri seçilib uşağa göstərilir. Uşaq həmin rəsmə uyğun fiqurları yapışdırır. Diqqətin inkişafı üçün önəmli vəsaitdir.
"Mənə kömək et ki, özüm edim" - bu Montessori metodunun devizini öz yaradıcılığının əsas məqsədi kimi seçən Aygün xanımın yaratdığı kreativ, maarifləndirici əlişi buklet və nağıl kitabçaları, əyləncəli yollarla öyrənmənin mümkünlüyünü sübut edən oyun kartları, uşaqlarda kiçik motorikanın inkişafına, nitqin inkişafına xidmət edən vasitələr, diqqət oyunları bütün valideynlərin çoxdan arzuladıqları inkişafetdirici vəsaitlərdir.
Azərbaycanda qadın sahibkarların kiçik bizneslərinə dəstək olmaq, Aygün xanımın yaratdığı gözəl əlişi nümunələrdən yararlanmaq və dayanıqlı inkişafa töhfə vermək üçün sizə @montessori_oyunlari instagram səhifəsini izləməyi tövsiyə edirik.