(012) 497-19-39ƏLAQƏ
0item(s)

Səbətə məhsul seçilməyib

Product was successfully added to your shopping cart.

MƏXFİLİK SİYASƏTİ

SİZİN TƏQDİM ETDİYİNİZ MƏLUMATLA NƏ EDİRİK?

Siz bizim dükandan nə isə aldıqda sizin adınız, ünvanınız, telefon nömrəniz və elektron poçt ünvanınız kimi şəxsi məlumatınız tərəfimizdən toplanır.

Elektron poçt vasitəsi ilə marketinq (münasib olduğu halda): Razılığınıza əsasən tərəfimizdən sizə dükanımız, yeni mallar və digər yeniliklər haqqında elektron poçt vasitəsi ilə məlumatlar göndərilə bilər.


RAZILIQ

Mənim razılığımı necə alırsız?
Siz sifariş etdikdə, malın çatdırılması və ya geriyə qaytarılmasını sorğu etdikdə öz şəxsi məlumatınızı təqdim edən zaman, biz həmin məlumatın yalnız qeyd olunan məqsədlərlə istifadə edilməsinə dair sizin razılığınızın olduğunu güman edirik.  

Digər məqsədlər üçün sizin şəxsi məlumatınız tələb olunduqda, biz sizdən buna dair razılığınızı ifadə etməyi xahiş edə və yaxud sizə bundan imtina etmək imkanı verəcəyik. 

Öz razılığımı necə geri götürə bilərəm?
Şəxsi məlumatınızının toplanması və istifadəsinə razılğınızı verdikdən sonra fikrinizi dəyişmiş olduğunuz halda, siz, bizə müraciət edərək, öz razılığınızı geri götürə bilərsiniz. Əlaqə: [email protected], Tel. (012) 497-19-39, Nizami küç. 1/3, "Sapphire Plaza" Biznes Mərkəzi, 9-cu mərtəbə, AZ1000, Bakı, Azərbaycan. 

AÇIQLAMA

Qanunla tələb olunduğu və ya sizin tərəfinizdən bizim Xidməti Şərtlər pozulduğu təqdirdə, biz sizin şəxsi məlumatınızı açıqlamaq hüququnu özümüzdə saxlayırıq. 

LİNKLƏR

Bizim dükanda yerləşdirilmiş linklərə basdıqda onlar sizi digər saytlara keçirə bilər. Biz həmin saytların məxfilik qaydalarına cavabdeh deyilik, belə ki, onlarin məxfilik siyasəti haqqında məlumat ilə tanış olmağınızı tövsiyə edirik.  

TƏHLÜKƏSİZLİK

Sizin şəxsi məlumatınızı qorumaq üçün tərəfimizdən müvafiq ehtiyat tədbirləri görülür ki, həmin məlumatın itirilməsi, sui-istifadəsi, əldə edilməsi, açıqlanması, dəyişdirilməsi və ya silinməsi kimi xoşagəlməz hallar baş verməsin.

SORĞULAR VƏ ƏLAQƏ MƏLUMATI

Hər hansı səxsi məlumatınızı görmək, düzəltmək, dəyişmək və ya silmək, habelə şikayət göndərmək və ya sadəcə olaraq əlavə məlumat əldə etmək istədiyiniz halda, bizə müraciət edin:

Tel: (012) 497-19-39
Elektron poçt: [email protected]
Ünvan: Nizami küç. 1/3, "Sapphire Plaza" Biznes Mərkəzi, 9-cu mərtəbə, AZ1000, Bakı, Azərbaycan