Razı qalacağınıza zəmanət veririk
Bizin saytda satılan bütün malların keyfiyyəti və mənşəyinə zəmanət veririk. Hər bir məhsul əl ilə düzəldiyinə görə malların rəngi və ölçüsü arasında cüzi fərqlər olar bilər. Hər hansı səbəbdən əldə etdiyiniz əşyadan tam razı qalmayacağınız halda, bizə elektron poçt ([email protected]) və ya telefon ((012) 497-19-39) vasitəsi ilə müraciət edərək həmin malı 30 gün ərzində geri qaytara bilərsiniz.
Geri qaytarılma
Aldığınız malı geri qaytarmaq istəsəniz, onu geri göndərməkdən öncə bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Mallar sifarişçi tərəfindən onların qəbul edilməsindən sonra 30 gün ərzində geri qəbul edilir. Lütfən, malları əvvəlki vəziyyətdə, onların qab və etiketləri ilə birlikdə aşağıdakı ünvana göndərin:
Nizami küç. 1/3,
"Sapphire Plaza" Biznes Mərkəzi,
9-cu mərtəbə, AZ1000,
Bakı, Azərbaycan
Geri qaytardığınız malı qəbul edərək sorğunuza baxılması üçün 2 günə qədər vaxt tələb olunacaqdır. Çatdırılma məbləği geri qaytarılmır. Alınmış malın qüsurlu olduğu hallar istisna olmaqla, geri qaytarılma xərcinin ödənilməsi müştərinin üzərinə düşür.
Qüsurlu mallar
Qüsurlu və ya zədələnmiş mallar haqqında bağlamanın alınmasından sonra 10 iş günü ərzində bizə məlumat verilməlidir. Lütfən, qüsurlu malları yalnız tərəfimizdən xahiş edildiyi halda geri göndərin. Pulunuz və ya əvəz edilmiş mallar sizə mümkün qədər qısa zaman ərzində göndəriləcəkdir.
Çatışmayan mallar
Mümkün qədər diqqətli olmağa çalışdığımıza rəğmən, təsadüfi hallarda sifarişlərin yerinə yetirilməsində səhvlər ola bilər. Sizin bağlamada hər hansı əşyalar çatışmadığı halda, pulunuzun geri qaytarılması və ya həmin malların sizə çatdırılması məqsədilə bağlamanın alınmasından sonra 10 iş günü ərzində bizə məlumat verməyinizi xahiş edirik.
Malların dəyişdirilməsi və sifarişlərin ləğv edilməsi
Hər hansı malın digər mal ilə əvəz edilməsinə geri qaytarılma və yenidən sifariş etmə kimi baxılacaqdır. Belə ki, malların geri qaytarılması ilə bağlı qeyd olunmuş tələbləri yerinə yetirdikdən sonra saytımıza daxil olaraq lazım olan malların yenidən sifariş edilməsi xahiş edilir.
Sifarişinizi ləğv etmək üçün müştəri xidmətlərinə müraciət etməyiniz xahiş edilir. Əgər sizin bağlama hələ göndərilməyibsə, xahişinizi yerinə yetirməyə çalışacayıq. Nəzərə alın ki, mal göndərildikdən sonra sifarişin ləğv edilməsi mümkün deyil. Belə hallarda geri qaytarılma ilə bağlı qeyd olunmuş tələblərin yerinə yetirilməsini xahiş edirik.
Xüsusi və topdan sifarişlər
Qüsurlu olma halları istisna olmaqla, xüsusi və topdan sifariş edilmiş mallar qaytarıla və ya dəyişdirilə bilməz. Fərdi qaydada hazırlanmış və ya çoxlu sayda sifariş edilmiş malların qüsurlu vəziyyətdə alındığı təqdirdə, bu haqda malların alınmasından sonra beş iş günü ərzində bizə məlumat verməyiniz xahiş olunur. Bu cür malların müştəri tərəfindən qəbul edilməsindən sonra beş iş günü keçdiyi halda, bununla əlaqədar iddiaların təmin edilməsi mümkün olmayacaq.