Details
Bitki “Sukkulent-daş gülü”-dür.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin məqsədi ataları dünyasını dəyişmiş uşaqlar və onların analarına, tənha, dul qadınlara dəstək, dayaq ola bilməkdir. Valideynlərindən birini itirmiş uşaqların ayağa qalxması üçün vəqf müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Bu istiqamətlərdən biri “Bağbanın bağçası”dır.
“Bağbanın bağçası” müxtəlif bitki və güllərin satışını yerinə yetirir. Həmçinin burada valideynlərindən birini itirmiş uşaqlarla birgə terapiya və boş vaxtın səmərəli keçirilməsi məqsədilə saxsıdan hazırlanmış dibçəklər boyanır. Həmin dibçəklərin satışından gələn gəlir xeyriyyə məqsədlərinə yönləndirilir.
Azərbaycanda qadın sahibkarların kiçik bizneslərinə dəstək olmaq, gözəl əlişi nümunələrin zərifliyindən zövq almaq və dayanıqlı inkişafa töhfə vermək üçün sizə @bagbanin_bagcasi instagram səhifəsini izləməyi tövsiyə edirik.